İran: “Britaniya neft tankerinə dair iddialar doğru deyil”
İran Hörmüz boğazında Britaniya neft tankerini dayandırmağa cəhd iddialarını təkzib etdi.
1233890

İran İnqilab Keşikçiləri korpusundan yayılan bəyanatda: “Hörmüz boğazında Böyük Britaniyaya məxsus neft tankerinin dayandırılmağa cəhd edildiyinə dair iddialar doğru deyil. “Fars körfəzində vəzifəli dəniz mühafizəçiləri son 24 saatda heç bir xarici gəmi ilə qarşılaşmayıb”-deyə vurğulanıb.
Qeyd edək ki, Britaniya Müdafiə Nazirliyi Hörmüz boğazında vəzifə icra edən HMS Montrose döyüş gəmisi, Britaniya neft tankerini dayandıramağa cəhd edən 3 İran gəmisinin xəbərdarlıq etdiyini iddia etmişdir.
Ötən həftə isə Britaniya donanması Suriyaya neft daşıdığı iddia edilən İran bayraqlı bir tankerin saxlanmasında iştirak etmişdi.
Әlaqәli Xәbәrlәr

Bağdad hava limanı raket atәşinә tutulub
Bu barәdә İraq Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.