Afrinda partlayış törədildi, ölənlər var

Suriyanın Afrin şəhərindəki bomba ilə təchiz edilmiş tankerinin partlaması nəticəsində ən az 8 nəfər həyatını itirib.

1233987
Afrinda partlayış törədildi, ölənlər var

Partlayış zamanı bombanın təsiriylə yanaşı, tankerdən sızan dizel yanacağı da yanğına səbəb olub.

İlk məlumatlara görə 35 nəfərin də yaralandığı hücum nəticəsində ətrafda böyük nisbətdə təxribat yaranıb. Təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı YPG / PKK tərəfindən təşkil edilmiş olabilicəyini ehtimal edirlər.

Qeyd edək ki, Türk Silahlı Qüvvələri və Azad Suriya ordusu həyata keçirdiyi Zeytun Budağı əməliyyatı ilə Afrin YPG / PKK terror təşkilatından təmizlənmişdi. Ancaq bölgənin cənubundakı Tel Rifat bölgəsində hələ də fəaliyyət göstərən terror təşkilatı Afrində vaxt aşırı terror aktları törədir.



Әlaqәli Xәbәrlәr