İordaniya Qətərə səfir təyin edir

İordaniya diplomatik münasibətləri azaltdıqdan iki il sonra yenidən Qətərə səfir təyin edir.

1232553
İordaniya Qətərə səfir təyin edir

 İordaniya ordusuna məxsus Həlle Əxbar saytında bu barədə məlumat yayılıb. Bildirilib ki, Nazirlər Kabineti Xarici İşlər Nazirliyinin Baş katibi Zeyd Əl Levzinin Doha səfiri təyin edilməsinə dair qərar qəbul edib.

Məlumata görə kabinetin qərarı kral tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, 2017-ci ildə Baş vermiş Körfəz böhranından sonra Amman rəhbərliyi Doha ilə diplomatik əlaqələrin səviyyəsini azaltdığını və "Əl-Cəzirə" telekanalının Qətərdəki ofisini bağlayacağını açıqladı. 5 İyun 2017-ci ildə isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir, Qətər ilə diplomatik əlaqələrə son qoydu. İqtisadi sanksiyalar isə Körfəz bölgəsində böhranın tarıma çəkilməsinə səbəb oldu.


Etiketlәr: #Qətər , #İordaniya

Әlaqәli Xәbәrlәr