"Rusiya və Türkiyənin cəhdləri beynəlxalq sabitliyin əhəmiyyətli şərtlərindən biridir", V.Putin

Rusiya prezidenti Vladimir Putin Rusiya və Türkiyənin Suriyadakı cəhdlərinin beynəlxalq sabitliyin əhəmiyyətli şərti olduğunu bildirdi.

1229589

Putin Kremlində ölkəsində vəzifəyə başlayan 18 ölkənin səfirini qəbul edib.

Mərasimdə Türkiyənin Moskva səfiri Mehmet Samsar da Putinə etimadnaməsini təqdim edib.

Putin qəbulda etdiyi çıxışda Rusiya-Türkiyə əlaqələrinə toxunaraq deyib ki, iki ölkə arasındakı tərəfdaşlıq strateji səviyyəyə çatdı. Prezident Rəcəb Tayyib Ərdoğan ilə davamlı ünsiyyətdəyəm.

Putin aprel ayında Moskvada keçirilən Rusiya-Türkiyə Ali Səviyyəli Əməkdaşlıq Şurası iclasının səmərəli keçdiyini xatırladaraq “Akkuyu atom elektirik stansiyası və Türk axını” boru kəmərlərinin inşası kimi böyük və əhəmiyyətli layihələr uğurla həyata keçirilir. Xeyli maraqlı layihələrimiz və birgə təşəbbüslərimiz var”deyib.

Rusiya və Türkiyənin beynəlxalq sabitliyin təmini üçün cəhd göstərdiyinə işarə edən Putin “ Rusiya və Türkiyənin Suriyada vəziyyəti normallaşdırmaq və sülh prosesini başlatmaq üçün koordinasiyalı cəhdləri beynəlxalq sabitiyin əhəmiyyətli şərtlərindən biridir” ifadələrini işlədib.  

Әlaqәli Xәbәrlәr