İran Aİ-ni nüvə proqramı üzrə müqaviləyə hərtərəfli əməl etməyə çağırdı

Zərif şəxsi “Twitter” səhifəsində yer alan açıqlamasında nüvə proqramı üzrə müqavilənin avropalı tərəfləri Almaniya, Fransa və İngiltərə ilə Avropa İttifaqını (Aİ) rəsmi Tehrana qarşı iqtisadiyyatla bağlı öhdəliklərini yerinə yetirməyə çağırdı.

1229105
İran Aİ-ni nüvə proqramı üzrə müqaviləyə hərtərəfli əməl etməyə çağırdı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin nüvə proqramı üzrə Birgə Kompleks Əməliyyat Planı (BKƏP) olaraq adlandırılan müqaviləyə hərtərəfli əməl etməsinin Avropa ölkələrinin rəsmi Tehrana yönəldilmiş iqtisadiyyatla əlaqədar öhdəliklərini yerinə yetirməsindən asılı olduğunu bildirdi.

Zərif şəxsi “Twitter” səhifəsində yer alan açıqlamasında “E3” adlandırılan nüvə proqramı üzrə müqavilənin avropalı tərəfləri Almaniya, Fransa və İngiltərə ilə Avropa İttifaqını (Aİ) rəsmi Tehrana qarşı iqtisadiyyatla bağlı öhdəliklərini yerinə yetirməyə çağırdı.

“İran Aİ həmin öhdəliklərini yerinə yetirdiyi müddətcə Əməliyyat Planının hərtərəfli olaraq tətbiq edilməsi barədə qətiyyətlidir. Bu öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə İran da Əməliyyat Planındakı öhdəliklərə riayyət etməyəcəkdir” –deyə Cavad Zərif vurğuladı.  

Qeyd edək ki, ABŞ rəhbərliyi 8 may 2018-ci il tarixində 2015-ci ildə imzalanan nüvə proqramı üzrə müqavilədən çıxaraq, İrana qarşı sanksiyaları yenidən tətbiq etməyə başladı.

İran prezidenti Həsən Ruhani də ABŞ-ın sanksiyaları qarşısında keçən may ayında ölkəsinin nüvə proqramı üzrə müqavilədəki vədlərini ixtisar etdiyini və müqavilənin tərəflərinə İranın maraqlarını qoruyacaq tədbirlər görməsi üçün 60 gün möhlət verdiklərini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr