Hafterə tabe olan qüvvələr qaçqınları hədəf aldı

Liviyada general Xəlifə Hafterə tabe olan qüvvələrə məxsus təyyarələrin paytaxt Tripolinin şərqində nizamsız miqrantların məskunlaşdığı mərkəzə qarşı hücumunda ilkin məlumatlara görə, 30-dan çox insan həlak olub.

1229264
Hafterə tabe olan qüvvələr qaçqınları hədəf aldı

Liviya Milli Razılıq Hökumətinə (UMH) tabe olan Səhiyyə Nazirliyinin sözçüsü Fevzi Uneyyis Hafter qüvvələrinə məxsus təyyarələrin Tacura bölgəsində yerləşən nizamsız qaçqınların qaldığı bir məskunlaşma mərkəzinə təşkil etdiyi hava hücumunda ölənlərin sayının 30-u keçdiyini söylədi.
 
 Hücumda çox sayda insanın da yaralandığını bildirən Uneyyis  bu sayın artacağını bildirdi.
 
 Uneyyis mərkəzdə Afrika, Misir və Cənubi Asiyadakı Benqal zonasından nizamsız miqrantların olduğunu qeyd etdi.
 
 Nizamsız Mühacirətlə Mübarizə Təşkilatının sədri Əl-Məbruk Əbdülhafiz isə Liviyanın "Əl-Əhrar" kanalına verdiyi açıqlamada hava hücumuna məruz qalan mərkəzdə təxminən 120 nizamsız qaçqının məskunlaşdığını ifadə etdi.
 
 Sözügedən mərkəzin Milli Razılaşma Hökumətinə tabe olan "Əd-Daman" batalyonuna aid olduğu qeyd olundu.



Әlaqәli Xәbәrlәr