Kərkükdə bombalı hücum

İraqın Kərkük şəhərində iki bölgədə həmin zamanda edilən bombalı hücum nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb.

1226488
Kərkükdə bombalı hücum

İraqın Kərkük şəhərində iki bölgədə həmin zamanda edilən bombalı hücum nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb.

İraqın Müdafiə Nazirliyinə bağlı Media Təhlükəsizlik Şəbəkəsinin məlumatına əsasən, Kərkük şəhər mərkəzindəki Hazra və Ras əl-Cisr məhəllələrində daha əvvəl yerləşdirildiyi düşünülən bombalar sərnişin maşını keçdiyi zaman partlayıb.

Terror aktı olduğu ifadə edilən iki hadisədə mülki vətəndaşlardan birinin həlak olduğu, 10 dinc vətəndaşın isə yaralandığı bildirilib.

İraqın Kərkük şəhərinin müxtəlif nöqtələrində keçən may ayında da dalbadal 6 bombalı hücum olmuş, terror təşkilatı DEAŞ-ın etdiyi bildirilən bu hücumlarda 4 nəfər ölmüş, 15 nəfər isə yaralanmışdı.

 



Әlaqәli Xәbәrlәr