Ruhani: "Regionda gərginliyin kəskinləşməsinin əsl səbəbkarı ABŞ hökumətidir"

İran prezidenti Həsən Ruhani nüvə müqaviləsini yenidən müzakirə etməyəcəklərini bildirdi.

1225289
Ruhani: "Regionda gərginliyin kəskinləşməsinin əsl səbəbkarı ABŞ hökumətidir"

 İran Prezident Aparatından verilən məlumata görə, İran prezidenti Həsən Ruhani və Fransa prezidenti Emmanuel Makron arasında telefon  danışığı olub. İki ölkənin prezidentləri bölgədəki prosesləri qiymətləndiriblər.
 
 İran geri dönüşü olmayan bir addım atmayacağını, nüvə müqaviləsinin 4+1 ölkələri (Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) tərəfindən tətbiq edildiyi və İranın neft satışı, bank əlaqələri məsələlərində maraqları təmin olunduğu halda şərtlərin də əvvəlki kimi olacağını bildirən Ruhani: "ABŞ İrana qarşı bütün sanksiyalara son qoymadığı halda şərtlər də dəyişməyəcək. Heç bir şərtlər altında iki illik danışıqlardan sonra ortaya çıxan müqaviləni yenidən müzakirə etməyəcəyik" ifadəsini işlədib.
 
 İranın nüvə müqaviləsinin faydalarından istifadə etmədiyi təqdirdə bu müqavilənin 26-ci və 36-ci maddələrinə əsaslanaraq, öhdəliklərini də mərhələlərlə azaldacağını təkrarlayan Ruhani: "Regionda gərginliyin ortaya çıxmasının və kəskinləşməsinin əsl səbəbkarı və günahkarı ABŞ hökumətidir" deyə bildirib.
 
 İranın bölgədəki gərginliyin artması ilə heç bir əlaqəsi olmadığı və ABŞ daxil olmaqla, heç bir ölkə ilə müharibə istəmədiyini qeyd edən Ruhani regionda sabitliyin və təhlükəsizliyin inkişafı üçün çalışdıqlarını və bu istiqamətdə səy göstərməyə davam edəcəklərini söyləyib.
 
 Fransa prezidenti  Emmanuel Makron ABŞ-ın nüvə müqaviləsindən çəkilməsinə, İrana qarşı sanksiyalara başlamasına və bu sanksiyaları artırmasına görə kədərləndiyini bildirərək: "Fransa davamlı olaraq nüvə müqaviləsininnin uzun müddətli olması və ABŞ başda olmaqla, müzakirəçi ölkələri inandırmaq üçün səy göstərib və bu səyləri davam etdirəcəkdir" deyib.
 
 Makron: "Bütün tərəflərin gərginliyin yüksəlməsinin və regionda təhrikedici addımların atılmasının qarşısının alınması üçün səy göstərməsi zəruridir. ABŞ-ın atdığı bir sıra addımlar və qəbul etdiyi qərarlar ölkə cəmiyyətinə istiqamətləndirilmişdir" fikirlərini bölüşdü.



Әlaqәli Xәbәrlәr