İran XİN sözçüsü: "İrana qarşı qlobal koalisiya yaratmaq üçün atılan addımlar yeni deyil"

İran ona qarşı qlobal koalisiya yaratmaq üçün atılan addımların yeni olmadığını və Amerika Birləşmiş Ştatlarının bunu edə bilməyəcəyini bildirdi.

1224056
İran XİN sözçüsü: "İrana qarşı qlobal koalisiya yaratmaq üçün atılan addımlar yeni deyil"


İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Xarici İşlər Nazirliyində keçirdiyi həftəlik mətbuat konfransında gündəmdə duran məsələlərdən danışdı.
 
 Musəvi ABŞ dövlət katibi Mayk Pompeonun "İrana qarşı qlobal koalisiya yaratmağın ilk addımı" kimi səciyyələndirdiyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri səfəri ilə bağlı: "Koalisiya yaratmaq üçün atılan addımlar yeni deyil və yaratdıqları ittifaqlar da uğursuz olmuşdur" dedi.
 
 İranın 15 ölkə ilə qonşu olduğunu xatırladan və onlara qarşı koalisiya yaratmağın çətinliyinə diqqət çəkən Musəvi: "Regiona hər gün də gəlsələr, müvəffəqiyyət əldə edə bilməyəcəklər. Bir-birinə zidd və ziddiyyətli bəyanatlar da ABŞ-ı idarə edən komandadakı siyasətsizliyi və dağınıqlığı göstərir" fikrini bölüşdü.
 
 Sözçü ABŞ-ın İrana qarşı yeni sanksiyaları bağlı olaraq bunları bildirdi: "ABŞ-ın İrana qarşı tətbiq etmədiyi sanksiya qaldımı? Bu sanksiyalardan nə qazandılar? Onlar daxili və beynəlxalq ictimaiyyəti  öz təsirləri altına almağa çalışırlar. Bu sanksiyaları düşmənçilik və iqtisadi terrorizm çərçivəsində dəyərləndiririk".
 
 Regionda gərginliyi artırmağı istəmədiklərini və təzyiqin azaldılmasını məmnuniyyətlə qarşılayacaqlarını dilə gətirən Musəvi region ölkələri ilə də dialoqa hazır olduqlarını qeyd etdi.
 
 Nüvə müqaviləsinin davam etməsinin bütün tərəflərin öhdəliklərini yerinə yetirməsindən asılı olduğunu söyləyən Musəvi ABŞ-ın çəkilməsindən sonra müqavilədə qalan ölkələrin bu beynəlxalq nailiyyətin əldən getməsinə icazə verməyəcəklərini vəd etdiklərini vurğuladı.
 
 İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Avropa İttifaqı ölkələrinin konkret addım atmaması və İranın tələblərinin həyata keçirilməməsi vəziyyətində nüvə müqaviləsinə aid öhdəliklərini təxirə salmağa davam edəcəklərini və ikinci addımı daha güclü atacaqlarını sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr