İran düşürdüyü ABŞ-a məxsus pilotsuz uçuş aparatının qalıqlarını nümayiş etdirdi

İran İnqilab Keşikçiləri Qvardiyası Hörmüz bozağı üzərində “hava məkanını pozduğu” səbəbilə hədəf alınan  ABŞ-a məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarını dənizdən çıxararaq nümayiş etdirib.

1222852

İran İnqilab Kəşikçiləri Qvardiyasının Hava-Kosmik Qüvvələri tərəfindən Oman Körfəzinə çıxan Hürmüzgan ostanının Quhmübarək şəhərinin sahilində vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Global Hawk" tipli pilotsuz uçan aparatının (PUA)  qalıqları nümayiş etdirildi.

Dövlət televiziyasına açıqlama verən İran İnqilab Kəşikçiləri Qvardiyasının Hava-Kosmik Qüvvələri komandanı Əmir Əli Hacızadə İran hava məkanına girməsindən sonra həmin PUA-ya dəfələrlə xəbərdarlıq siqnalı göndərildiyini bildirərək “Təəssüf ki, siqnallara cavab vərmədilər” deyib.  

Bunun qarşısında vurulan PUA-nın İranın sularına düşdüyünü söyləyən Hacızadə aparatın qalıqlarını bu gün Tehrana gətirilərək nümayiş etdirdiklərini bildirib.

Әlaqәli Xәbәrlәr