İran ABŞ-a aid PUA-nı vurdu

İran İnqilab Keşikçiləri Qvardiyasının Hava-Kosmik Qüvvələri ölkənin cənubundakı Hürmüzgan ostanında Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinə aid pilotsuz uçan aparatı (PUA) vurduğunu bildirdi.

1221587

  Məlumat İnqilab Qvardiyasına məxsus internet saytında yayıldı.

Məlumatda İran İnqilab Keşikçiləri Qvardiyasının Hava-Kosmik Qüvvələri tərəfindən Oman Körfəzinə çıxan Hürmüzgan ostanının Quhmübarək şəhərinin sahilində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Global Hawk" tipli pilotsuz uçan aparatın (PUA)  vurularaq məhv edildiyi qeyd edilir.

Etiketlәr: #PUA , #ABŞ , #İran

Әlaqәli Xәbәrlәr