Hәsәn Ruhani Amerika Birlәşmiş Ştatlarına xәbәrdarlıq edib

İranın paytaxtı Tehranda keçirilәn Nazirlәr Kabinetinin iclasından sonra çıxış edәn Hәsәn Ruhani ABŞ mәsәlәsini qiymәtlәndirib.

1221570
Hәsәn Ruhani Amerika Birlәşmiş Ştatlarına xәbәrdarlıq edib

 

İran prezidenti Hәsәn Ruhani bildirib ki, Amerika Birlәşmiş Ştatları müzakirәlәrә başlamaq istәyirsә hәm sanksiyaları dayandırmalıdır, hәm dә İran rejimini qәbul etmәlidir.

İranın paytaxtı Tehranda keçirilәn Nazirlәr Kabinetinin iclasından sonra çıxış edәn Hәsәn Ruhani ABŞ mәsәlәsini qiymәtlәndirib.

Hәsәn Ruhani ABŞ prezidenti Donald Trampı nәzәrdә tutaraq deyib ki, İrana tәzyiq göstәrәn şәxslә eyni masa әtrafına oturmaq tәslim olmaq mәnasına gәlir.

‘‘Amerika Birlәşmiş Ştatları rәhbәrliyi müzakirәlәrә başlamaq istәyirsә hәm sanksiyaları dayandırmalıdır, hәm dә İran rejimini qәbul etmәlidir’’,-deyә İran prezidenti qeyd edib.

ABŞ-ın nüvә sazişindәn çıxma mәsәlәsinә dә toxunan Hәsәn Ruhani vurğulayıb ki,  Tehran rәhbәrliyinin öhdәliklәrini qismәn dayandırması da sazişin ruhuna zәrәr verәn tәrәflәrә bir reaksiyadır.



Әlaqәli Xәbәrlәr