Məhəmməd Mursi dəfn edildi

Misirin demokratik seçkilərlə hakimiyyətə gələn ilk prezidenti Məhəmməd Mursinin cənazəsi sıx təhlükəsizlik tədbirləri altında paytaxt Qahirədə dəfn edildi.

1220451
Məhəmməd Mursi dəfn edildi

Misirin demokratik seçkilərlə hakimiyyətə gələn ilk prezidenti Məhəmməd Mursinin cənazəsi sıx təhlükəsizlik tədbirləri altında paytaxt Qahirədə dəfn edildi.

Cənazə Mədinət Nəsr səmtindəki Müsəlman Qardaşların (İhvan) mürşidlərinin dəfn edildiyi məzarlıqda yerli saatla 05.00-da  torpağa verildi.

Dəfndə yalnız Mursinin ailəsi və vəkilləri iştirak etdilər.

Qeyd edək ki, Misirdə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan 67 yaşındakı Məhəmməd Mursi "cəsusuluq" ittihamı ilə mühakimə olunduğu məhkəmə zalında dünyasını dəyişib.

Misir dövlət televiziyasında Məhəmməd Mursinin xoşxassəli şiş səbəbindən davamlı tibbi nəzarətdə olduğu və ürək tutması (infarkt) nətizcəsində öldüyü iddia edildi.

İhvan isə Mursinin qəsdən öldürüldüyünü irəli sürdü.

İhvan verdiyi yazılı açıqlamada Mursinin ölümü ilə əlaqədar beynəlxalq təhqiqat komissiyasının yaradılmasına çağırdı.

Açıqlamada: "Mursi çox ağır şərtlər altından təkkameralı həbsxana otağında saxlanılaraq, müalicə haqqı kimi ən ilkin haqlardan məhrum edilərək ölümə tərk edildi. Mursinin ölümünə görə Misir rəhbərliyi məsuliyyət daşıyır" ifadələri işlədildi.

İhvan Birləşmiş Millətlər təşkilatı və digər insan haqları qurumlarına müraciət edərək, Misirdəki həbsxanalarda tətbiq olunan tibbi etinasızlıq yolu ilə yavaş ölümlərə son qoyulması üçün Misir rejiminə təzyiq göstərilməsini tələb etdi.

Misir  Baş Prokurorluğu daha əvvəl verdiyi açıqlamada Mursinin xəstəxanaya aparıldığında artıq keçindiyini və bədənində hər hansı bir yaralanma izi olmadığını bildirib.

Mursinin qəfil ölümündən sonra beynəlxalq insan haqları təşkilatlar müstəqil təhqiqatın aparılması üçün çağırışlar ediblər.

 

 

 



Әlaqәli Xәbәrlәr