İran vә Çin prezidentlәri ABŞ-a reaksiya göstәrdi

İran prezidenti Hәsәn Ruhani vә Çinin dövlәt başçısı Şi Cimpinq Amerika Birlәşmiş Ştatlarının beynәlxalq arenada izlәdiyi tәktәrәfli siyasәtinә reaksiya göstәrdi.

1218730
İran vә Çin prezidentlәri ABŞ-a reaksiya göstәrdi

İran prezidenti Hәsәn Ruhani vә Çinin dövlәt başçısı Şi Cimpinq Amerika Birlәşmiş Ştatlarının beynәlxalq arenada izlәdiyi tәktәrәfli siyasәtinә reaksiya göstәrdi.

İran Prezident Aparatından verilәn yazılı açıqlamaya görә, Şanxay Әmәkdaşlıq Tәşkilatı dövlәt başçılarının Sammitinә qatılmaq üçün Qırğızıstanın paytaxtı Bişkekә sәfәr edәn İran prezidenti Hәsәn Ruhani Çinin dövlәt başçısı Şi Cimpinqlә görüşüb.

Görüşdә Çin ilә münasibәtlәrin İran üçün strateji әhәmiyyәt daşıdığını bildirәn Ruhani deyib: ‘‘ABŞ hökumәti İran, Çin vә digәr ölkәlәrә tәzyiq göstәrir. ABŞ-ın tәktәrәfli siyasәtinә qarşı İran vә Çinin qәrarlı mövqeyi hәm Asiya, hәm dә dünya üçün әhәmiyyәt kәsb edir’’.

İranın Çin tәrәfindәn davam etdirilәn ‘‘Bir kәmәr, bir yol’’ layihәsinә dә toxunan Hәsәn Ruhani  bu layihәdә әhәmiyyәtli rol oynamağa hazır olduqlarını bildirib.

Rәsmi Tehranın Pekinlә energetika sahәsindә әmәkdaşlığını davam etdirmәk vә infrastruktur layihәlәrindә birlikdә  çalışmaq istәdiyini dә vurğulayan Hәsәn Ruhani Çinin İranın cәnubundakı bölgәlәrinә vә limanlarına yatırdığı investisiyaları mәmnuniyyәtlә qarşıladıqlarını vurğulayıb.

Çin dövlәt başçısı Şi Cimpinq isә İran ilә strateji münasibәtlәri davam etdirәcәklәrini ifadә edib. O, hәmçinin qeyd edib ki,  Amerika Birlәşmiş Ştatları nüvә razılaşmasından çıxaraq bölgәdә  gәrginliyin yaşanmasına sәbәb olub.

İran ilә regional  vә beynәlxalq mәnada әmәkdaşlığı inkişaf etdirәcәklәrini vurğulayan Şi Cimpinq terrorla mübarizә sahәsindәki әmәkdaşlığı da güclәndirәcәklәrini söylәyib.

Şi Cimpinq İranın ‘‘Bir kәmәr, bir yol’’ layihәsinә verdiyi dәstәyi mәmnuniyyәtlә qarşıladıqlarını  dilә gәtirib.



Әlaqәli Xәbәrlәr