Hücumlara görə cümə namazını qılmaq yenə mümkün olmadı

Suriyada Bəşər Əsəd rejimi və dəstəkçisi Rusiyanın İdlib gərginliyi azaltma bölgəsi daxilindəki mülki yaşayış məntəqələrinə etdiyi şiddətli hava hücumlarına görə cümə namazı yenə qılına bilməyib.

1218762
Hücumlara görə cümə namazını qılmaq yenə mümkün olmadı

Suriyada Bəşər Əsəd rejimi və dəstəkçisi Rusiyanın İdlib gərginliyi azaltma bölgəsi daxilindəki mülki yaşayış məntəqələrinə etdiyi şiddətli hava hücumlarına görə cümə namazını qılmaq yenə mümkün olmayıb.

Bu gün səhər radələrindən etibarən Əsəd rejimi və Rusiyaya məxsus qırıcılar Lataminə, Kefer Zita və Ariha qəsəbələrilə Arabain və Tel Mardin kəndlərinə hava hücumu edib.

Hava hücumları nəticəsində ölən yaxud yaralanan olmayıb.

İdlibin Kefrenbil qəsəbəsi və Həmanın Latamine və Kefre Zita qəsəbələrinin yerli məclisləri məscidlərin olduğu yaşayış məntəqələri bilərəkdən hədəf alındığı üçün cümə namazının ləğv olunduğunu elan edi.

Keçən həftə də həmin səbəbrən namaz ləğv edilmişdi.

Suriyanın şimal-qərbindəki İdlib vilayəti vətəndaş müharibəsi başladığı gündən müxalifətin qalası kimidir. Hazırda ölkədaxili köç ilə əhali sayı 4 milyona çıxan İdlibin mərkəzi 2015-ci ilin mart ayında müxalifətin nəzarətinə keçdi. İdlib rejimin ən sıx hədəf aldığı bölgələrin başında yer alır.



Әlaqәli Xәbәrlәr