Yaponiya İrandan neft idxalına başlayır

Yaponiya İrandan yenidən neft idxalına başlamaq istəyinr. Bunu İran prezidenti Həsən Ruhani deyib.

1217599
Yaponiya İrandan neft idxalına başlayır

Prezident Həsən Ruhani, Tehranda səfərdə olan Yaponiya Baş naziri Abe Şinzo ilə birgə mətbuat konfransı təşkil edib. H.Ruhani: Yaponiya İranın nüvə razılaşmasının qüvvədə qalmasını istəyir. Bunun bölgə və dünya ölkələri baxımından faydalı olacağına inanır. Nüvə silah istehsalına müxalif olan İran və Yaponiya nüvə texnologiyadan sülh məqsədli istifadə edilməsi nəzərindən müdafiə edir. Baş nazir Şinzo görüş zamanı ölkəsinin İrandan neft almaq iztədiyini və mədəni, elmi, maliyyə məsələlərə həll yolu tapılmasını arzuladığını, bunun ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə inanımın tam olduğunu qeyd edib. Cənab Abe Shinzo ilə Yaponiyanın başda Çabahar və Mekran olmaqla İranın cənub sahillərində həyata keçirməyi planlaşdırdığı investisiyalar mövzusunu, Suriyanın yenidən bərpası və Yəməndəki böhranın həlli kimi məsələləri müzakirə etdik”-deyə Ruhani vurğulayıb.

Yaponiyanın baş naziri Abe Şinza da öz növbəsində Yaxın Şərqdə gərginliyin tarıma çəkildiyinə diqqət çəkib və bölgədə hərbi münaqişələrin qarşısının alınmasının lazım gəldiyini qeyd edib. Sülh və sabitliyə yalnız Yaxın şərq ölkələri üçün yox dünya baxımından zərurət olduğunu vurğulayıb. İran bölgədə gərginliyin qarşısının alınması üçün lazımlı addımları atmalıdır deyən Şinzo, rəsmi Tehranın Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığını yüksək qiymətləndirdiklərini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr