Terror təşkilatı YPG/PKK qisas üçün kəndə hücum etdi

Terror təşkilatı YPG/PKK Suriyanın Deyrizor şəhərində işğal etdiyi bir kənddəki mənsubunun öldürülməsi qarşısında cinayəktarın olduğu irəli sürülən qonşu kəndə hücum edib.

1215806

YPG/PKK Suriyanın İraq sərhədindəki Deyrizor vilayətində işğalı altındakı Nəmliyə kəndində bir üzvünün öldürülməsi qarşısında cinayətkarın Ebu Nitil kəndində olduğunu irəli sürərək hücum edib.

Dinc vətəndaşlardan birinin öldüyü, birinin yaralandığı hücumdan sonra Ebu Nitil kəndi sakini təqribən min nəfər səhra bölgəsinə qaçıb.

Kəndlilərin ABŞ başçılığındakı koalisiyadan hadisələrə müdaxilə etməsini istədiyi, ancaq cavab ala bilmədiyi öyrənilib.

Qeyd edək ki, YPG/PKK Deyrizorun şərqini ABŞ-ın dəstəyilə işğal altında saxlayır.

Sözügedən bölgədəki ərəb xalq təşkilatın işğalına tez-tez etirazını bildirir.

Təşkilat son dövrdə əkinləri yandıraraq əhalini təhdid edir.

Әlaqәli Xәbәrlәr