Afinada tikilən ilk məscidin qapıları ziyarətə açıldı

Yunanıstanın paytaxtı Afinada tikilən ilk məscidin qapıları ölkənin təhsil və din işləri naziri Kostas Qavroqlunun ziyarətiylə açıldı.

1215069
Afinada tikilən ilk məscidin qapıları ziyarətə açıldı
atina cami2.jpg
atina cami1.jpg

  Yunanıstanın paytaxtı Afinada tikilən ilk məscidin qapıları ölkənin təhsil və din işləri naziri Kostas Qavroqlunun ziyarətiylə açıldı.

  İnşası tamamlanan, ancaq bürokratik əngəllərlə əlaqədar ibadətə açılmayan Afina məscidini ziyarət edən K.Qavroqlu müsəlman camaatı bir araya gəlib.

  Nazir buradakı çıxışında məscidin tamamilə Yunanıstan dövləti tərəfindən tikildiyini söyləyərək deyib:

  “Demokratiya son sözü söylədi və bu məscid tikildi. Afina yerli müsəlman əhali və immiqrantlara yeni bir ibadətxana bəxş etdi.

  İnanc haqqı təhsil və sağlıq kimi insanın təməl bir haqqıdır. Şəhər müsəlmanları təxminən 12 ildir ki, bu məscidin açılışını gözləyir. Məsciddə ilk namaz sentyabr ayında qılınacaq.”

  Kostas Qavroqlu məscidi gəzərək müsəlman vətəndaşlarla söhbət edib. Ziyarəti fürsət bilən bəzi müsəlmanlar isə məsciddə artıq ilk namazlarını qılıblar.”

  Qeyd edək ki, məscidin rəhbərliyi Yunanıstan Təhsil Nazirliyi və Maliyyə Nazirliyindən iki dövlət məmuru, iki bələdiyyə işçisi, bir ali məhkəmə hakimi və iki müsəlman vətəndaşın iştirakı ilə 7 üzvlü bir heyətə tapşırılacaq.



Әlaqәli Xәbәrlәr