"Koalisiyaya silah satışının dayandırılmasını tələb edirik", M.C.Zərif

M.C.Zərif rəsmi “twitter” hesabından etdiyi paylaşmada Yəməndə husilərə qarşı Səudiyyə Ərəbistanı başçılığındakı ərəb koalisiyasını tənqid edərək deyib...

1213862
"Koalisiyaya silah satışının dayandırılmasını tələb edirik", M.C.Zərif

  İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanının başçılığı altındakı koalisiyaya silah satışının dayandırılmasını tələb edir.

  M.C.Zərif rəsmi “twitter” hesabından etdiyi paylaşmada Yəməndə husilərə qarşı Səudiyyə Ərəbistanı başçılığındakı ərəb koalisiyasını tənqid edərək deyib:

  “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin də olduğu koalisiyaya silah satan ölkələrə müraciət edirəm. Silah satışları Yəmən vətəndaşlarının ölümünə səbəb olur.

  Avropa xalqları və parlament üzvləri Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin Yəmənə qarşı müharibəsi və insanlıq dramının sona çatmasını istəyir, ancaq digər tərəfdən də hökumətləri daha çox müharibə cinayətinin işlənməsi üçün daha çox silah satır. Bu vəziyyətin siyasi yollarla həll olunması üçün dəfələrlə etdiyimiz təkliflərə baxılmır. Artıq bu, sona çatmalıdır."

  Qeyd edək ki, uzun müddətdir siyasi sabitliksizliyin yaşandığı Yəməndə husilər 2014-cü ilin sentyabrından bu yana paytaxt Sana və bəzi bölgələrin idarəsini əlində tutur. Səudiyyə Ərəbistanı başçılığındakı koalisiya qüvvələri isə 2015-ci ilin martından bu yana Yəmən hökumətinə dəstək verir.



Әlaqәli Xәbәrlәr