Suriyada güclü partlayış, ölәnlәr var

Suriyanın şimalındakı Hәlәb şәhәrinin Azaz qәsәbәsindә minalanmış avtomobil partlayıb.

1212867
Suriyada güclü partlayış, ölәnlәr var

 

Suriyanın şimalındakı Hәlәb şәhәrinin Azaz qәsәbәsindә minalanmış avtomobil partlayıb.

Türkiyənin sərhədinə yaxın ərazidə yerləşən vә müxaliflәrin nәzarәtindә olan Azaz qәsәbәsinin mәrkәzindә baş verәn partlayış nәticәsindә 14 dinc sakin hәlak olub.

İlkin mәlumatlara әsasәn, partlayış minalanmış avtomobil ilә törәdilib.

Bölgәyә çox sayda polis cәlb olunub, bölgәdә tәhlükәsizlik tәdbirlәri güclәndirilib. 

Hadisә zamanı xәsarәt alanlar bölgәdәki xәstәxanalara yerlәşdirilib.

Bölgədə fəaliyyət göstərən ekstremist qrupların heç biri məsuliyyəti öz üzərinə götürmür. Terror aktının YPG/PKK terror qruplaşması tәrәfindәn törәdildiyi ehtimal edilir.



Әlaqәli Xәbәrlәr