İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan dördü həlak olub

Bu barәdә  müxaliflәrә mәxsus mәnbәlәr mәlumat yayıb.

1212853
İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan dördü həlak olub

 

 

Bәşәr Әsәdә sadiq qüvvәlәr  vә Rusiyanın  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә dörd dinc sakin hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, Bəşər Əsəd rejiminə məxsus döyüş təyyarələri “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki Xan Şeyxun qәsәbәsi, Kensafra bölgәsi, Şeyx Damis, Şeyx Mustafa, Sfuhen, Eleyfil, Ureynibe vә İhsәm kәndlәrinә ağır zәrbәlәr endirib.

Bu barәdә  müxaliflәrә mәxsus mәnbәlәr mәlumat yayıb.

Mәlumata görә, rejim qüvvәlәrinin   hәyata keçirdiyi hücumlar nәticәsindә dörd   dinc sakin hәlak olub.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir.



Әlaqәli Xәbәrlәr