May ayında Suriyada 416 dinc sakin hәlak olub
Bu barәdә Suriya üzrә monitorinq qrupunun hazırladığı hesabatda bildirilib.

Suriyada ötәn ay 107-si uşaq, 62-si dә qadın olmaqla 416 dinc sakin hәlak olub.
Bu barәdә Suriya üzrә monitorinq qrupunun hazırladığı hesabatda bildirilib.
Hesabata әsasәn, Bәşәr Әsәdә sadiq qüvvәlәr vә İran tәrәfindәn dәstәklәnәn terror qruplaşmalarının hәyata keçirdiyi hücumlarda 51-i uşaq, 48-i dә qadın olmaqla 269 dinc sakin hәlak olub.
Mәlumatda Rusiyaya mәxsus döyüş tәyyarәlәrinin endirdiyi zәrbәlәr nәticәsindә 17-si üşaq, 10-u da qadın olmaqla 45 mülki vәtәndaşın, terror tәşkilatı DEAŞ-ın yaşayış mәntәqәlәrinә tәşkil etdiyi hücumlarda isә 1 mülki vәtәndaşın hәlak olduğu vurğulanıb.
Hesabata görә, terror tәşkilatı YPG/PKK işğal etdiyi bölgәlәrdә 6-ı uşaq olmaqla 21 dinc sakini qәtlә yetirib.
Hәrbi müxaliflәrin vә rejim qüvvәlәrinә qarşı döyüşәn qruplaşmaların isә 5-i uşaq vә 1-i dә qadın olmaqla 7 nәfәrin ölümünә sәbәb olduğu, namәlum qruplaşmalar tәrәfindәn törәdilәn hücumlarda isә 28-i uşaq, 3-ü dә qadın olmaqla 73 dinc sakinin öldürüldüyü qeyd olunub.
Hesabatda hәmçinin 14 nәfәrin dә işgәncәyә mәruz qalaraq hәlak olduğu vurğulanıb.
Әlaqәli Xәbәrlәr

Zelenski Putini görüşə dəvət edib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini Donbasda görüşə dəvət edib.