İran Ərǝb Zirvǝ Toplantısının bǝyannamǝsinǝ sǝrt reaksiya verdi

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Körfəz Əməkdaşlıq Şurası və Ərəb Zirvə Toplantısında İran ilə bağlı yayılan şərhlərə sərt reaksiya verib.

1212068
İran Ərǝb Zirvǝ Toplantısının bǝyannamǝsinǝ sǝrt reaksiya verdi

 Məhəmməd Cavad Zərif Qüds Günü münasibətiylə İranın paytaxtı Tehranda təşkil edilən tədbirdə, Körfəz Əməkdaşlıq Şurası və Ərəb zirvə yığıncağında qəbul edilən qərarnamələrdə İnan ilə bağlı əks edən ifadələrə reaksiya verib və İslam Əməkdaşlı Təşkilatının növbəti zirvə toplantısının bu gün Məkkədə keçiriləcəyini xatırladıb.

Zərif: "Ərəb zirvəsinə qatılan ölkələr, dünən axşam İsraili sevindirən İran əleyhdarı açıqlamalar verdilər. Bu gün baş tutacaq İslam Əməkdaşlıq Təşkilatı yığıncağında təşkilatın quruluş məqsədi ilǝ uyğunlaşan  addımlar atmaları daha yaxşı olar. Bu məqsəd  Qüds xalqını və Fələstin millətini himayə etməkdir. Bəzi Ərəb ölkələrinin liderləri İsrail Baş naziri Binyamin Netanyahunun yanında yer aldıqda məqsədlərinə nail olabiləcəklərinə inanırlar. Belə xəyallar dalıca gedənlər öz mövqeylərini möhkəmləşdirməkdən özgə heç nə düşünmürlər. Lakin bu gerçək idrak edilməlidir ki, Netanyahu Demir qübbəylə İsraili belə qoruya bilmədi, bəs sizi necə qoruya bilər”? -deyə Zərif  vurğulayıb.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasının fövqəladə zirvəsi və 21 ərəb ölkəsi liderinin qatıldığı fövqəladə Ərəb zirvəsinin yekun bəyannamələrində İrana çağırış edilib ki, "Bölgədə müharibə məşəlləri yandırmaq cəhdindən, bölgə ölkələrinin daxili işlərinə müdaxilə etməkdən, terror təşkilatlarını dəstəkləməkdən və beynəlxalq dəniz nəqliyyatını təhdid etməkdən imtina etsin.



Әlaqәli Xәbәrlәr