21 Ərǝb ölkǝsi İranın bölgǝdǝki müdaxilǝlǝrini qınadı

30 May 2019-da Səudiyyə Ərəbistanının Məkkə şəhərində 21 Ərǝb ölkǝsi liderinin iştirakı ilǝ baş tutan fövqəladə zirvə toplantısında İranın bölgədəki müdaxilǝlǝri qınandı.

1211711
21 Ərǝb ölkǝsi İranın bölgǝdǝki müdaxilǝlǝrini qınadı

Körfəz Əməkdaşlıq Şurasının fövqəladə zirvə toplmantısından sonra tǝşkil edilǝn fövqəladə Ərəb zirvəsinin yekun bǝyannamǝsindǝ dǝ İrana diqqǝt çǝkildi.

Bəyannamədə, İranın öz istehsalı olan ballistik raketlərin Yəməndən Səudiyyə Ərəbistanı ǝrazilǝrinǝ atılması, Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) adalarını işğal etməsi (Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları), Suriya böhranına müdaxiləsi və ərazi bütövlüyünǝ təsir etməsi, Bəhreynin daxili işlərinə müdaxilǝsi vǝ terror təşkilatlarına dǝstǝyinǝ görǝ qınandı.

Fǝlǝstin mǝsǝlǝsinǝ dǝ diqqǝt çǝkilǝn bǝyannamǝdǝ vurğulanıb ki, daha ǝvvǝl keçirilmiş Ərǝb zirvǝsindǝ Fǝlǝstin ilǝ bağlı qǝbul edilǝn qǝrarlar qüvvǝdǝ olacaq.

Ərəb zirvə toplantılarında ümumiyyǝtlǝ 2002-ci ildə Livanın paytaxtı Beyrutda keçirilən zirvə toplantısında qǝbul edilǝn “Ərəb Sülh Planı” ǝsas götürülür.

Bu plan İsrailin Ərəb torpaqlarındakı işğalının sona çatmasını, 1967 sərhədləri daxilindǝ paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasını, Fələstinli qaçqınlar probleminin ədalətli həll edilməsini və buna qarşılıq İsraillə normal münasibətlər yaranmasını nəzərdə tutur.

Qeyd edǝk ki, Körfǝz Əmǝkdaşlıq Tǝşkilatı vǝ Ərəb zirvelerinǝ ev sahibliyi edǝn Mǝkkǝdǝ bu gün dǝ 14-cü İslam Əməkdaşlıq Təşkilatının fövqǝladǝ zirvǝ toplatışının keçirilǝcǝyi gözlǝnilir.



Әlaqәli Xәbәrlәr