Səudiyyə Ərəbistani İran ilə müharibə istəmədiklərini bildirdi

Səudiyyə Ərəbistanının xarici İşlər naziri Adil əl-Cubeyr Britaniyanın BBC kanalına müsahibə verib.

1211353
Səudiyyə Ərəbistani İran ilə müharibə istəmədiklərini bildirdi

O, müsahibəsi zamanı bildirib ki, ölkəsi İranla müharibənin başlamasını istəmir, lakin İranın Yaxın Şərqdəki fəaliyyətini də qəbul edə bilmir”.

Əl- Cubeyr Səudiyyə Ərəbistanının İrana hücum ehtimalının olub-olmadığına dair suala: “Bu doğru deyil. Müharibə bölgədə hər kəsə zərər verər. Biz bunu anlayırıq və bu səbəbdən müharibədən mümkün olduqca imtina edəcəyik. Ancaq yenə də hər şey İrandan asılıdır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu günlərdə Yaxın Şərqdəki gərginliyi müzakirə etmək üçün Körfəz və ərəb ölkələri liderlərinin iştirak etdiyi iki toplantıya ev sahibliyi edir.



Әlaqәli Xәbәrlәr