Putin SSRİ-ABŞ arasındakı müqaviləni ləğv edir

Dumanın sədri Vyaçeslav Volodin bu barədə informasiya verib...

1211390
Putin SSRİ-ABŞ arasındakı müqaviləni ləğv edir

  Rusiya prezidenti Vladimir Putin SSRİ-ABŞ arasında imzalanmış Orta və yaxınmənzilli raketlərin istehsalının azaldılması haqqında razılaşmanın ləğvini (INF) ehtiva edən qanun layihəsini Rusiya Dövlət Dumasına təqdim edib.

  Dumanın sədri Vyaçeslav Volodin bu barədə informasiya verərək bildirib ki, Duma çox qısa zamanda qanun layihəsini müzakirəyə çıxaracaq.

  Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsini İNF-dən çıxardığını açıqlamış və Çinlə silahların məhdudlaşdırılması məsələsində yeni anlaşma əldə ediləcəyi ehtimalı olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr