"ABŞ lazımlı addımları atarsa müzakirələr mümkün ola bilər":Ruhani

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ABŞ-nın daha əvvəl verdiyi vədlərə əməl edəcəyi və sanksiyaları aradan qaldıracağı zaman danışıqlara zəmin yarana bilər. Bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani deyib

1210507
"ABŞ lazımlı addımları atarsa müzakirələr mümkün ola bilər":Ruhani

Həsən Ruhani Tehranda Nazirlər Kabineti yığıncağından sonra verdiyi açıqlamada ABŞ ilə müzakirə mövzusuna toxunub.

ABŞ-ın İrana istiqamətli sanksiyaları xalqımıza qarşı düşmənçilk siyasitinin göstiricisidir deyib. Ruhani sözlərinə belə davam edib: “ABŞ tətbiq etdiyi sanksiyalar ilə gerçək məqsədini göz önünə sərdi. Bu çərçivədə bir-biriylə üst-üstə gəlməyən əsassız şərhləri də hər ötən gün artır. Bunda İran xalqının təzyiqlər qarşısında sərgilədiyi güclü və güzəştsiz hərəkəti təsirli olur. Ədalətsiz sanksiyaların aradan qaldırılacağı, öhdəliklərin yerinə yetiriləcəyi və tərk edilən danışıqlar masasına geri dönüləcəyi zaman qapılar ABŞ-na açıla bilər. Xalqımız ABŞ-ın hərəkətlərinə qiymət verir, sözlərinə deyil", - deyə Həsən Ruhani bildirib.

Qeyd edək ki, Vaşinqton Tehranla 2015-ci ildə imzalanan beynəlxalq nüvə razılaşmasından geri çəkilib və xam neftin beynəlxalq satışına qadağalar qoyub.

 



Әlaqәli Xәbәrlәr