Cavad Zərif: "ABŞ-ın bölgəmizdə hərbi qüvvələrini artırması son dərəcə təhlükəlidir"

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın  qoşun göndərmə qərarının region üçün təhlükəli olduğunu söylədi.

1208075
Cavad Zərif: "ABŞ-ın bölgəmizdə hərbi qüvvələrini artırması son dərəcə təhlükəlidir"

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın  qoşun göndərmə qərarının region üçün təhlükəli olduğunu söylədi.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Pakistanda rəsmi görüşlərindən sonra İslamabaddan Tehrana yola düşməzdə əvvəl İranın rəsmi xəbər agentliyi İRNA-ya müsahibə verdi. 

İran xarici işlər naziri müsahibəsində: "ABŞ-ın bölgəmizdə hərbi qüvvələrini artırması son dərəcə təhlükəlidir. Beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən bu vəziyyətə qarşı çıxılmalıdır" dedi.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə 1500 nəfərlik əlavə hərbi qüvvə göndərməsi barədə sərəncam imzaladığını açıqlayıb.

Trampın bəyanatından qısa  müddət əvvəl ABŞ mətbuatı Trampun əlavə hərbi qüvvə barəsində qərar qəbul etdiyi və  Konqresi qərarla bağlı məlumatlandırdığı ilə əlaqədar xəbərlər yaymışdı.

Vaşinqton rəhbərliyi iki həftə əvvəl İrandan gələ biləcək təhdidlərə qarşı tədbir məqsədilə "USS Abraham Lincoln" təyyarə gəmisinin hücum qrupu ilə 4 ədəd nüvə başlıqlı B-52 bombardman təyyarəsindən ibarət Bombardman Vəzifə Qüvvəsini  Bəsrə körfəzinə göndərmişdi.

ABŞ prezidenti bazar günü "Twitter"də bölüşdüyü ismarışında: "İran  müharibə istəyərsə, bu, rəsmi olaraq İranın sonu olacaq. Heç vaxt ABŞ-ı hədələmə" ifadələrini işlətmişdi.



Әlaqәli Xәbәrlәr