BMT İraqda kütləvi məzar aşkarladı

BMT heyəti İraqda DEAŞ terror təşkilatının qurbanları olan şəxslərin dəfn edildiyi 12 kütləvi məzarlıq aşkar etdi.

1207245
BMT İraqda kütləvi məzar aşkarladı

BMT heyəti İraqda DEAŞ terror təşkilatının qurbanları olan şəxslərin dəfn edildiyi 12 kütləvi məzarlıq aşkar etdi.

Məlumata görə, İraqın kəşfiyyat ekspertləri və mütəxəssislərindən ibarət qrup Türkiyə, İsveç, Almaniya, Səudiyyə Ərəbistandan olan ekspertlərin köməyi ilə terror qruplaşmasının yeni cinayətlərini aşkarlayıb.

Ortaya çıxan yeni faktlarla əlaqədar İraq və BMT nümayəndələrinin birlikdə hazırladıqları hesabatda İraqın bir qrup əsgərinin 2014-cü ildə terrorçular tərəfindən Tiqritdə edam edildiyi yer alıb. Bununla yanaşı, terrorçuların 2016-cı ildə də Mosulda da kütləvi cinayət törətdikləri məlum olub. 

Hesabatda məzarlardan ədliyyə üçün fiziki və biyoloji sübutlar götürüldüyü, DEAŞ qurbanları və yaxınları ilə də əlaqə saxlanaraq dəlillər toplandığı ifadə edilib.

BMT heyəti hesabatında DEAŞ-ın müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırım təşkil edə biləcək günahlardan məsul tutula bilməsi üçün əldə edilən sübutları ölkələr və məhkəmələrlə bölüşməyə hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr