İdlibə hava hücumunda 12 adam öldü

Suriyada Bəşər Əsəd rejimi və onun  dəstəkçiləri "İdlib Gərginliyin Azaldılması Bölgəsi" daxilində qalan mülki yaşayış yerlərinə gecə radələrində hava hücumu təşkil ediblər.

1205933
İdlibə hava hücumunda 12 adam öldü

Avia hücumlar nəticəsində 4-ü uşaq olmaqla 12 dinc sakin həyatını itirib.

Yerli mənbələrdən əldə edilən məlumata əsasən, Əsəd rejimi ordusu və İranın dəstək verdiyi terror qruplaşmalardan ibarət rejim qüvvələri İdlib əyalətinin Marratinnuman və Xan Şeyhun rayonları, Marritirma, əl-Mücahidlər, Əl Kassabiyye, Abidin, Hiş, Kirisaa, Kefer Sicne və Nukeyirir kəndlərinə havadan və qurudan hücumlar təşkil ediblər.

Mülki Müdafiə mənbələrindən yayılan məlumatda isə Marratinnuman rayonu ilə Marritinnuman kəndinə təşkil edilən hava hücumlarında 4 uşaq, ən az 12 dinc sakin ölüb və 25-dən çox adam yaralanıb.

 



Әlaqәli Xәbәrlәr