Həmas ilə İsrail arasında müvəqqəti atəşkəsin əldə edildiyi iddia olundu

Mühasirə altında olan Qəzza zolağında nəzarəti əlində saxlayan Həmas ilə İsrail arasında müvəqqəti atəşkəsin əldə edildiyi iddia olundu.

1205044

İsrailin "Kanal 12" televiziyasının yaydığı xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı və Misirin vasitəçiliyi ilə Həmas və İsrail arasında altı aylıq atəşkəs razılaşması olub.

Müvəqqəti atəşkəsin bir hissəsi kimi, Həmas Qəzza zolağının sərhədində keçiriləcək nümayişlərdə  fələstinliləri sərhəddən 300 metr məsafədə saxlayacaq.

Digər tərəfdən Tel Əviv rəhbərliyi qəzzalı balıqçıların balıq ovu zamanı məsafəni 15 milə çıxaracaq, Qəzzaya tibbi və humanitar yardımın İsrail üzərindən transferinə icazə verəcək.

Hələ ki, həm Həmas, həm də İsrail səlahiyyətliləri atəşkəs xəbərinin doğru olub- olmadığına dair bir şərh verməyiblər.

Xatırladaq ki, İsrail 2006-cı ildən etibarən  təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza zolağını qurudan, havadan və dənizdən mühasirə altında saxlayır. 

Әlaqәli Xәbәrlәr