İraqda Sədr hərəkatının lideri xəbərdarlıq etdi

Sədr hərəkatının lideri Müqtəda əs-Sədr ölkəsinin ABŞ və İran arasında hərb ehtimalına qarşı ciddi mövqe ortaya qoymayacağı təqdirdə bu hərbin İraqı axırına gətirib çıxaracağı barədə xəbərdarlıq etdi.

1204327
İraqda Sədr hərəkatının lideri xəbərdarlıq etdi

İraqda Sədr hərəkatının lideri xəbərdarlıq etdiİraqda Sədr hərəkatının lideri Müqtəda əs-Sədr ölkəsinin ABŞ və İran arasında hərb ehtimalına qarşı ciddi mövqe ortaya qoymayacağı təqdirdə bu hərbin İraqı axırına gətirib çıxaracağı barədə xəbərdarlıq etdi.

Sədr sosial media üzərindən yaydığı açıqlamada “ Mən İran və ABŞ arasında  bir müharibənin qızışdırılmasından tərəf deyiləm. İraqın da bu müharibəyə sürüklənib, İnan və ABŞ arasında toqquşma sahəsi olması tərəfdarı da deyiləm. İraq olaraq birlik içərisində və ciddi mövqe ortaya qoymasaq ABŞ və İran müharibəsi İraqın axırına gətirib çıxarar” ifadələrini işlətdi.

“İraq və xalqı başqa müharibəyə dözə bilməz” deyən şiə lider “Bizim sülh və abadlığa ehtiyacımız var, Hər hansı tərəf İraqı müharibəyə aparsa və bu muharibə üçün meydan olmasına səbəb olsa o, İraq xalqının düşməni olar” dedi.

ABŞ və İranın da döyüş istəmədiyini söyləyən Sədr bunun qızışdırılmamasının vacibliyini dilə gətirdi.



Әlaqәli Xәbәrlәr