Husilər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini təhdid edirlər

Yəməndən Səudiyyə Ərəbistanına atılan iki ballistik raket havada zərərsizləşdirildi.

1204722
Husilər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini təhdid edirlər

Yəməndən Səudiyyə Ərəbistanına atılan iki ballistik raket havada zərərsizləşdirildi.

Səudiyyə Ərəbistanının "Al-Arabiyya" televiziyası Məkkə və Ciddə şəhərlərinə hədəfləndiyi müəyyən olunan raketlərdən birinin  Hava Müdafiə Qüvvələri tərəfindən Ciddədə, digərinin Taif şəhərinin səmalarında məhv edliməsinin görüntülərini yayımladı.

Xəbərlərdə  əlavə məlumat verilmədi, lakin yaxın saatlarda səahiyyətli orqanların hadisə ilə əlaqədar açıqlama verəcəkləri qeyd edildi.

Ötən gün Yəməndə Husilər Səudiyyə Ərəbistanındakı, Birləşmiş Ərəb Əmirliklərindəki və bu ölkələrin Yəməndəki  hərbi qərargahları və əhəmiyyətli obyektlərindən ibarət  299 məntəqəyə hücum edəcəklərini bildirmişdilər.

 SABA informasiya agentliyinin Husi rəhbərliyinə tabe olan Müdafiə Nazirliyinin bir rəsmisinə əsaslanaraq yaydığı xəbərdə mayın 14-də Səudiyyə Ərəbistanındakı 2 nasos stansiyasına dronlarla təşkil edilən hücumun müəyyən edilən hədəflərin siyahısı çərçivəsində həyata keçirildiyi ifadə edilmişdi.

Xəbərdə mart ayından etdibarən 300 məntəqəyə qarşı nəzərdə tutulmuş hücumlardan  ilkinin sözügedən nasos stansiyalarına edildiyi, yerdə 299 məntəqənin qaldığı qeyd edilmişdi.

Xəbərdə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmən xalqına qarşı törədəcəyi hər cinayətinə qarşı cavabının veriləcəyi bildirilmiş, koalisiya qüvvələrinin hücumlarını dayandırması halında hərbi əməliyyatların da dayandırılacağı ifadə edilmişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından etibarən Yəməndə Husilərə qarşı hökumət qüvvələrini dəstəkləyir.

Husilər tez-tez Səudiyyə Ərəbistanının müxtəlif yerlərində hava hücumu təşkil edirlər.



Әlaqәli Xәbәrlәr