ABŞ İraqdan üzr istədi

İraq Daxili İşlər Nazirliyi Federal Polis Komandanlığından verilən yazılı məlumata görə...

1203864
ABŞ İraqdan üzr istədi

  ABŞ ötən ay hava hücumu zamanı İraqın şimalındakı Kərkükdə yanlışlıqla hərbi maşını vurduğu üçün rəsmi Bağdaddan üzr istədi.

  İraq Daxili İşlər Nazirliyi Federal Polis Komandanlığından verilən yazılı məlumata görə, ABŞ-ın İraqdakı müvəqqəti işlər vəkili Coi Hud (Joey Hood) paytaxt Bağdadda Federal Polis Komandanlığına gedib, 24 apreldə təşkil edilən və bir İraq polisinin öldüyü, ikisinin yaralandığı yanlış hücuma görə ABŞ rəhbərliyinin üzr və başsağlığı diləklərini çatdırıb.

  Xatırladaq ki, koalisiya qüvvələri içərisində yer alan ABŞ təyyarələri aprelin 24-də Kərkükdə səhvən Federal Polis Komandanlığına aid hərbi maşını hədəfə alıb, bir polis məmurunun ölümünə və ikisinin yaralanmasına səbəb olmuşdu.

  DAEŞ terror təşkilatı ilə mübarizə aparmaq üçün ABŞ-ın başçılığı ilə 2014-cü ildə təşkil edilən koalisiyanın İraqda təxminən 5 min Amerika əsgəri var.



Әlaqәli Xәbәrlәr