“ABŞ-na  qarşı  müqavimǝtimiz davam edǝcǝk”: Əli Xamenei

ABŞ izlədiyi mövcud mövqeyindən imtina etmədiyi müddətcə Bu ölkə ilə müzakirə stoluna əyləşmək mümkün deyil. Bu  vǝziyyǝtdǝ yeganə variant müqavimətdir.

1201565
“ABŞ-na  qarşı  müqavimǝtimiz davam edǝcǝk”: Əli Xamenei

Bunu İran İslam Respublikasının Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei, prezident Həsən Ruhani, Məclis Başçısı Əli Laricani, məhkəmə  heyətinin  rəhbəri İbrahim Rəisi, başda olmaqla bir çox siyasətçi və hərbi səlahiyyətlilərin iştirak etdikləri iftar yeməyində etdiyi çıxışınnda deyib. Amerika Birləşmiş Ştatları (ABŞ) ilə mümkün müharibə ehtimalları və İranın nüvə silahı mövzularına toxunan Ali Dini lider: “ABŞ-la nüvə silahı ilə bağlı heç bir danışıq aparılmayacaq. Bəziləri deyirlər, müzakirənin nə eybi var?! ABŞ-la indi olduğu vəziyyətdə müzakirə aparmaq bir zəhərdir və mövcud ABŞ rəhbərliyi ilə danışıqlar ikiqat zəhərdir. Müzakirə müqavilə və sazişdir, lakin Amerikanın nəzərində olan bizim güclü tərəfimizdir". "Biz müharibə istəmirik. Eynilə Amerika da müharibə istəmir. Çünki bilirlər xeyirlərinə deyil. Bu qarşılaşma müharibə qarşılaşması yox, iradələr qarşılaşmasıdır. Və biz iradəmizdə daha güclüyük. Çünki özümüzə inamdan başqa Allaha da təvəkkül edirik. Deyirlər ki, sizin müdafiə silahlarınızı müzakirə edək. Niyə siz filan raketi istehsal edirsiniz? Bunu azaldın ki, sizi vursaq, siz bizim mövqelərimizi vura bilməyəsiniz. Məlumdur ki, heç bir qeyrətli və şüurlu iranlı öz gücünü müzakirəyə çıxarmaz", - deyə Ayətullah Xamenei çıxışı zamanı bildirib. İran Ali Dini lideri, həmçinin "ABŞ Prezidenti deyir ki, hər cümə Tehranda hökümət əleyhinə mitinqlər keçirilir. Əvvəla cümə yox, şənbə günü. İkincisi, Tehranda deyil, Parisdə", - sözlərini diqqətə çatdırıb.



Әlaqәli Xәbәrlәr