ABŞ İran ilə müharibə yolunda addımlayır

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp İran ilə müharibə istiqamətində addımlayır. Bunu İran prezidenti Həsən Ruhaninin məsləhətçisi Hüsaməddin Aşina deyib.

1201478
ABŞ İran ilə müharibə yolunda addımlayır

Aşina sosial media hesabı Twitterdan mövzu ilə əlaqəli yaydığı açıqlamasında: “Vaşinqton rəhbərliyinin Tehrana istiqamətli addımları döyüş təhlükəsini artırır. Donald Tramp, nüvə müqaviləsini əvəz edəcək daha yaxşı bir razılaşma istədiklərini irəli sürürdü. Lakin indi İran ilə müharibə istədiyi müşahidə olunur. Tramp İran ilə hərbə tutuşarsa, 2020-ci ildə keçiriləcək seçkilərdə uğursuz olacağının idrakında olmalıdır” –deyə Aşina vurğulayıb.

Xatırladaq ki, Tramp rəhbərliyi, 8 May 2018-ci ildə, İran ilə 2015-ci ildə imzalanan nüvə razılaşmadan təktərəfli olaraq çıxdığını elan etdi. Buna İranın ballistik raket və regional fəaliyyətlərini səbəb göstərdi. Daha sonra İrana sanksiya tətbiqinə başladı. Aprel ayında isə İnqilab keşikçiləri korpusunu "Xarici terror təşkilatları" siyahısına saldı.

İran prezidenti Həsən Ruhani isə 8 Mayda ölkəsinin ABŞ-nın sanksiyalarına qarşı nüvə fəaliyyətinin yenidən başalaya biləcəyini açıqladı.



Әlaqәli Xәbәrlәr