ŞKTR-da yeni hökumətə Ərsin Tatar başçılıq edəcək

Şimali Kipr Türk Respublikası prezidenti Mustafa Akıncı yeni hökuməti formalaşdırma səlahiyyətini Milli Birlik Partiyasının sədri Ərsin Tatara tapşırdı.

1201030
ŞKTR-da yeni hökumətə Ərsin Tatar başçılıq edəcək

Türk Agentliyi Kiprin (TAK) xəbərinə görə, Preziden M.Akıncı, Respublikaçı Türk Partiyasının rəhbəri Tufan Ərhürmanın liderliyindəki koalisiya hökuməti istefa etdikdən sonra yeni kabinetin formalaşdırılmasına dair davam edən danışıqlar çərçivəsində bu gün də siyasi partiyaların sədrlərini qəbul edib. Prezident danışıqlardan sonra Milli Birlik Partiyasının rəhnbəri Ərsin Tatarı yeni kabineti formalaşdırmaqda vəzifələndirib.

Tatar yeni koalisiya hökumətinin formalaşdırılmasına dair danışıqlara partiyasının səlahiyyətli orqanları ilə keçirəcəyi iclasdan sonra başlayacağını, həftənin axırına qədər hökumət boşluğunu doldurmaqda səy edəcəyini bildirib.

Qeyd edək ki, Şimali kipir Türk Respublikasının 35-ci hökumətini yaradmaq səlahiyyətini üzərinə götürən Tatar, konstitusiyaya görə 15 gün ərzində yeni kabinet siyahısını prezidentə təqdim etməlidir.



Әlaqәli Xәbәrlәr