İrandan Suriyaya neft ixrac edildiyi iddia olunur

Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi neft sanksiyalarına görə neft ixracında kəskin azalma müşahidə olunan İranın Suriyaya neft ixracını bərpa etdiyi iddia edildi.

1198899
İrandan Suriyaya neft ixrac edildiyi iddia olunur

Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi neft sanksiyalarına görə neft ixracında kəskin azalma müşahidə olunan İranın Suriyaya neft ixracını bərpa etdiyi iddia edildi.

ABŞ-ın CNBC televiziya kanalının tanker monitorinq şirkətlərinin məlumatlarına əsaslanaraq yaydığı xəbərə görə, İran may ayının ilk həftəsində ölkənin şimal-qərb hissəsində Banyas limanına təxminən 1 milyon barrel xam neft göndərib.

Xəbərdə bu daşımanın İranın ilin əvvəlindən bu yana Suriyaya ilk neft neft nəqli ola biləcəyi bildirildi, daşımanı gizli tutmaq üçün İrana aid neft tankerlərinin GPS sistemlərinin bağlanıldığı  qeyd edildi.

Tanker monitorinq şirkətlərinin məlumatına görə, İran Suriyaya ayda 1-3 milyon barrel neft göndərir, amma ABŞ sanksiyaları səbəbindən bu yük daşımaları 2018-ci ilin sonunadək demək olar ki, dayanıb.

 Xatırladaq ki, ABŞ administrasiyası 2018-ci ilin mayında İranla nüvə müqaviləsini birtərəfli şəkildə ləğv edərək Tehrana qarşı sanksiyaları bərpa edib.

İranın neft ixracını tamamilə dayandırmağı hədəfləyən ABŞ mayın 2-də İran neftinə sanksiyalar tətbiq olunmamasını dayandırıb.

ABŞ İranın neft sahəsindəki müttəfiqləri daxil olmaqla, ölkələri birtərəfli sanksiyalarla hədələyir. 


Etiketlәr: #İran , #Suriya , #neft ixracı

Әlaqәli Xәbәrlәr