Terror təşkilatı YPG/PKK Şıhayl qəsəbəsində 7 dinc vətəndaşı öldürüb

Terror təşkilatı YPG/PKK Suriyanın Deyrizor vilayətində təşkilat əleyhinə etirazların davam etdiyi Şıhayl qəsəbəsində 7 dinc vətəndaşı öldürüb.

1198322

Deyrizordakı yerli qaynaqlardan əldə edilən məlumata görə, şəhərin şərqini işğal edən terror təşkilatı YPG/PKK üzvləri təşkilat əleyhinə nümayişlərin keçirildiyi Şıhayl qəsəbə mərkəzində gecə saatlarında ətrafa nizamsız atəş açaraq 6 dinc vətəndaşı qətlə yetirib.

Səhər radələrində yenidən bir araya gələn kütlənin üzərinə atəş açan YPG/PKK-lı terrorçular daha bir dinc vətəndaşı öldürüb.

Baş verən hadisələrdən sonra təşkilatın qəsəbədəki dırnaqarası qərargahına od vuran bölgə əhalisi köçələrdə də rezinlər yandıraraq yolları bağlayıb.

Hadisələr zamanı terror təşkilatına ABŞ-a məxsus qırıcı təyyarələrin də havadan dəstək olduğu öyrənilib.

Qəsəbədə gərginlik davam edir.

Deyrizor qəsəbəsinin şərq, şimal və qərb ərazilərində YPG/PKK işğalındakı bəzi bölgələrdə təşkilatın çıxardığı nefti müsadirə etməsinə və korrupsiyalara qarşı etiraz bildirmək məqsədilə 25 apreldən bəridir nümayişlər keçirilir.

Terror təşkilatı YPG/PKK Suriyanın Deyrizor vilayətində təşkilat əleyhinə etirazların davam etdiyi Şıhayl qəsəbəsində 7 dinc vətəndaşı öldürüb.

Deyrizordakı yerli qaynaqlardan əldə edilən məlumata görə, şəhərin şərqini işğal edən terror təşkilatı YPG/PKK üzvləri təşkilat əleyhinə nümayişlərin keçirildiyi Şıhayl qəsəbə mərkəzində gecə saatlarında ətrafa nizamsız atəş açaraq 6 dinc vətəndaşı qətlə yetirib.

Səhər radələrində yenidən bir araya gələn kütlənin üzərinə atəş açan YPG/PKK-lı terrorçular daha bir dinc vətəndaşı öldürüb.

Baş verən hadisələrdən sonra təşkilatın qəsəbədəki dırnaqarası qərargahına od vuran bölgə əhalisi küçələrdə də rezinlər yandıraraq yolları bağlayıb.

Hadisələr zamanı terror təşkilatına ABŞ-a məxsus qırıcı təyyarələrin də havadan dəstək olduğu öyrənilib.

Qəsəbədə gərginlik davam edir.

Deyrizor qəsəbəsinin şərq, şimal və qərb ərazilərində YPG/PKK işğalındakı bəzi bölgələrdə təşkilatın çıxardığı nefti müsadirə etməsinə və korrupsiyalara qarşı etiraz bildirmək məqsədilə 25 apreldən bəridir nümayişlər keçirilir.

Әlaqәli Xәbәrlәr