"Nüvə sazişin yenidən BMT TŞ-da müzakirə edilməsi İranın qırmızı xəttidir", M.Arakçi

İran xarici işlər nazirinin müavini Abbas Arakçi nüvə sazişi məsələsinin yenidən BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsinin ölkəsinin qırmızı xətti olduğunu söylədi.

1197972
"Nüvə sazişin yenidən BMT TŞ-da müzakirə edilməsi İranın qırmızı xəttidir", M.Arakçi

İran xarici işlər nazirinin müavini Abbas Arakçi nüvə sazişi məsələsinin yenidən BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsinin ölkəsinin qırmızı xətti olduğunu söylədi.

Arakçi İranın nüvə fəaliyyətlərilə əlaqədar öhdəliklərinin bir hissəsini dayandırması ilə bağlı dövlət televiziyasına verdiyi açıqlamada bundan sonra atacaqları addımları dəyərləndirib.

“Əgər 4+1 ölkələri 60 gün ərzində İranın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına təqdim etsələr və keçmişdəki sanksiyalar yenidən həyata keçirilsə nüvə razılaşma tamamilə ortadan qalxar. Bu vəziyyətdə qarşı tərəf İranın qətiyyətli və güclü cavabını görəcəkdir” deyə qeyd edən Abbas Arakçi Avropa İttifaqı ölkələrinin İranın mənfəətlərini təmin etməsinin vacibliyini dilə gətirib.

“İran İslam Respublikası nüvə razılaşmasından çıxmaq üzərində işləyir. Lakin bunu mərhələli şəkildə etmək istəyir. Hesab edirik ki, bizimlə sazişi imzalayan tərəf müqabillərimiz nə zaman üzərlərinə götürdükləri öhdəkilərin icrasına sadiq qalsalar, İran İslam Respublikası da üzərinə götürdüyü öhdəliklərin icrasına başlayacaq.

Bundan başqa, biz həm də mərhələli şəkildə, sazişin imzalanmasından əvvəlki mövqeyimizə qayıtmağa, nüvə fəaliyyətimizi yenidən bərpa etməyə tam hazırıq. Biz, nüvə sazişini imzalayan tərəflərə vaxt vermişik ki, razılaşmanın icrası ilə bağlı mövcud qüsurları aradan qaldırsınlar. Bu bizim hazırkı siyasətimizdir”-deyə Arakçi bildirib.

Ümumi olaraq miqrantların İrana xərcinin 8 milyard avro olduğuna diqqət çəkən Abbas Arakçi “Hərgah sanksiyalar təsirli olsa və neft satışımız sıfıra ensə İran iqtisadiyyatı üçün xüsusi siyasət tətbiq etmək məcburiyyətində qalacaqdır. İqtisadi təzyiqlər artsa əfqan qardaşlarımızdan İranı tədk etmələrini istəyə bilərik. Bunun nəticələri də Əfqanıstanı böhranla üzləşdirən ABŞ-ın məsuliyətindədir” deyib.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani dünən ABŞ-ın nüvə razılaşmadan çıxmasının ildönümündə etdiyi çıxışda ABŞ-ın sanksiyaları qarşısında razılaşma ilə məhdud edilən “300 kq-dan artıq zənginləşdirilmiş uranı və ağır suyun 130 tondan artığıının ölkə xaricinə satılmasını” 60 gün müddətinə dayandırdıqlarını açıqladı.

Ruhani razılaşmada qalan ölkələrin bu müddət ərzində xüsusilə neft və beynəlxalq bankçılıq mövzularında İranın mənfəətlərini qoruyacaq addımlar atmayacaqları təqdirdə sonrakı mərhələdə “uran zənginləşdirmə cəhdlərinə qoyulan 3,67 faiz zənginləşdirmə məhdudiyyətini tanımayacaqlarını” və “Arak ağır su reaktorunun modernizasiya işlərini başladacaqlarını” bildirdi.



Әlaqәli Xәbәrlәr