“Tehranın  qəbul etdiyi  qərarlar  nüvə  razılaşmasına zidd deyil”: Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın gələcəkdə atacaq addımlarının Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) çərçivəsində olacağını və İranın bu müqavilədən çıxmayacağını deyib.

1197512
“Tehranın  qəbul etdiyi  qərarlar  nüvə  razılaşmasına zidd deyil”: Zərif

 İran xəbər agentliyi İRNA-nın məlumatına görə danışıqlar aparmaq üçün Moskvada səfərdə olan Cavad Zərif, Moskvanın Vnukovo aeroportunda İran dövlət televiziyasına açıqlama verib. “İran tamamilə JCPOA çərçivəsində hərəkət edir və bu digər tərəflərə lazım olan addımları atmaq üçün bir fürsətdir. Qarşı tərəf yalnız bəyanat verməklə kifayətlənməməlidir”.

JCPOA-nın 26 və 36-cı maddələrini xatırladan Zərif, bu maddələrin İran və digər ölkələrə, bir ölkənin öhdəliklərini yerinə yetirməməsi təqdirdə digərlərinin də öhdəliklərinin bir hissəsi və ya əksəriyyətini yerinə yetirməmə səlahiyyətini verdiyini söyləyib.

Bu prosesin İran Milli Təhlükəsizlik Şurası direktivləri əsasında baş verəcəyini və bunun təfərrüatlarının açıqlanacağını deyib.

ABŞ-ın son bir ildə xüsusilə JCPOA-dan çıxmazdan əvvəl və sonra etdiklərinə işarə edən Zərif, bu səylərin JCPOA qarşısında maneə yaratmaq istiqamətində olduğuna diqqət çəkib. Bu müddət ərzində İranın ABŞ-ın bu siyasətini bilərək mətanət və strateji səbrlə davrandığını bildirərək, belə deyib: “Təəssüf ki, Aİ və digər beynəlxalq aləm təzyiqlər qarşısında ABŞ-a müqavimət göstərmədilər və bunun üçün də İran istəyinə bağlı olaraq JCPOA çərçivəsində həyata keçirdiyi bəzi öhdəliklərini yerinə yetirməmək qərarını vermişdir”.

 

 



Әlaqәli Xәbәrlәr