Deyrizorda YPG/PKK işğalına qarşı etirazlar davam edir

Suriyanın Deyrizor vilayətində separatçı terror təşkilatı YPG/PKK işğalındakı ərazilərdə yaşayan ərəblər təşkilatın korrupsiya və hüquq pozuntuları hallarına qarşı başladıqları nümayişlərini davam etdirir.

1197570
Deyrizorda YPG/PKK işğalına qarşı etirazlar davam edir
deyrizor.jpg

Suriyanın Deyrizor vilayətində separatçı terror təşkilatı YPG/PKK işğalındakı ərazilərdə yaşayan ərəblər təşkilatın korrupsiya və hüquq pozuntuları hallarına qarşı başladıqları nümayişlərini davam etdirir.
 
Vilayətin şərqindəki Busayra, Graniç və Şıhayl rayonları, şimalındakı Hasin və Qariba kəndləri ilə qərbindəki Hisan kəndindəki aksiyalara qoşulanlar təşkilatın buradan getməsi və çıxarılan neftin xalqla bərabər şəkildə bölüşdürülməsi tələblərini təkrar etdilər.
 
 Mənbələr təşkilatın aksiyalarda iştirak edənlərdən bəzilərini saxladığını bildirdilər.
 
 Digər tərəfdən Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altındakı koalisiya qüvvələrinin isə bəzi adamlara aksiyaları görüntüləmək üçün tapşırıq verdiyi öyrənildi.
 
 Akidat qəbiləsinə aid əl Bkeyr tayfasının lideri Əbdüləziz Hammada verdiyi açıqlamada: "Bu aksiyalar PYD və PKK-nın hüquq pozuntularına qarşı keçirildi. Vətəndaşlar saxlanıldılar. Separatçı terror təşkilatları Deyrizordaki xalqımızı qorxutmağa çalışır" dedi.
 
 Terror təşkilatının Deyrizorun şərqində neft və təbii qaz mənbələrini istismar etdiyinə diqqət çəkən Hammada: "Təşkilat indi də bu mənbələrdən bölgə xalqını məhrum edir. Buradan xalqıma, ailəmə, tayfama səslənirəm: "Torpaqlarımızı bu işğalçılardan xilas edək" deyə danışdı.
 
  Hammada YPG/PKK-nın bölgədəki vətəndaşlara qarşı hüquq pozuntularına dair: "PYD və PKK işğal etdikləri ərazilərdə yaşayan ailəmdən 5 nəfəri səbəbsiz yerə öldürdü. Öldürülənlərin hamısı mülki vətəndaş idi. Yeganə günahları təşkilatla birgə olmaqdan imitina etmələri idi" dedi.
 
 Tayfa lideri Hammada təşkilatın daha əvvəl də ailəsindən 11 nəfəri öldürdüyünü qeyd etdi.



Әlaqәli Xәbәrlәr