Binyamin Netanyahu: "İsrail İranın nüvə silahına malik olmasına icazə verməyəcək"

İsrail baş naziri Binyamin Netanyahu ölkəsinin İranın nüvə silahına malik olmasına icazə verməyəcəyini bildirdi.

1197503
Binyamin Netanyahu: "İsrail İranın nüvə silahına malik olmasına icazə verməyəcək"

İsrail baş naziri Binyamin Netanyahu iştirak etdiyi bir proqramda İran prezidenti Həsən Ruhaninin 2015-ci ildə imzalanan nüvə müqaviləsinə dair verdiyi açıqlamalarla bağlı  jurnalistlərin suallarını cavablandırdı.
 
Netanyahu bu barədə qısa açıqlama verərək: "İsrail İranın nüvə silahına malik olmasına icazə verməyəcək. Bizi öldürmək istəyənlərlə mübarizə etməyə davam edəcəyik" İfadələrini işlətdi.
 
 İran prezidenti Ruhani Amerika Birləşmiş Ştatlarının nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etməsinin 1-ci ildönümü münasibətilə bu gün səhər verdiyi açıqlamada ölkəsinin nüvə müqaviləsi ilə bağlı maraqlarının qorunmaması halında 60 gün ərzində zənginləşdirilmiş uran səviyyəsinin artırılacağı barədə xəbərdarlıq etmişdi.
 
 Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən il mayın 8-də İran və P5+1 (ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) ölkələri arasında 2015-ci ildə imzalanan nüvə müqaviləsini birtərəfli şəkkildə ləğv etdiyini bildirmişdi. 



Әlaqәli Xәbәrlәr