Bəşər Əsəd rejimi İdlibdə irəliləməkdə davam edir

Suriyadakı Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi terrorçu qruplar “İdlib deeskalasiya bölgəsi” daxilindəki Kefrenbude qəsəbəsi və Daş təpəsi (Tel es Sahır) bölgəsini ələ keçirmək üçün hücum başladıb.

1197567
Bəşər Əsəd rejimi İdlibdə irəliləməkdə davam edir

Suriyadakı Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi terrorçu qruplar “İdlib deeskalasiya bölgəsi” daxilindəki Kefrenbude qəsəbəsi və Daş təpəsi (Tel es Sahır) bölgəsini ələ keçirmək üçün hücum başladıb.

Bölgənin cənub hissəsində irəliləməyə cəhd göstərən rejim qüvvələrilə Azad Suriya Ordusu (ASO) arasında qəsəbə ətrafında şiddətli qarşıdurmalar yaşandığı bildirilib.

Qurudan irəliləməyə cəhd göstərən rejim qüvvələrinə havadan Rusiyaya məxsus döyüş təyyarələri də dəstək verir.

ASO-nun hücuma müqavimət göstərməsi nəticəsində qəsəbənin qərb bölgəsinə daxil olan rejim qüvvələri geri çəkilmək məcburiyyətində qalıb.

ASO qüvvələri Milli Azadlaşdırma Cəbhəsi sözçüsü Naci Mustafa Rusiyaya məxsus döyüş təyyarələrindən dəstək götürən rejim qüvvələrinin səhər radələrində Kefrenbude qəsəbəsinin qərb tərfindən sızmağa cəhd göstərdiyini söyləyib.

Əsəd rejimi Həmanın şimal ərazilərindəki Əl Cenabire kəndini və stratəji Osman təpəsini də dünən ələ keçirmişdi.

Qeyd edək ki, Türkiyə-Rusiya və İran 4-5 may 2017-ci il tarixindəki Astana yığıncağında İdlib və ətrafını “deeskalasiya bölgəsi” elan etmişdi. Türkiyə və Rusiya rejim qüvvələrinin bu çərçivədə başladılan atəşkəs prosesini pozan hücumları səbəbindən sözügedən bölgə üçün əlavə bir razılaşma əldə etmişdi. Rejim dəstəkçilərinin yardımı ilə 17 sentyabr 2018-ci il tarixində Soçidə imzalanan razılaşmaya baxmayaraq hücumlarını davam etdirir. Astana müqaviləsi çərçivəsində Rusiya və İranın da bölgədəki atəşkəsi qoruma öhdəliyi var.



Әlaqәli Xәbәrlәr