Taliban hərbi məntəqəyə hücum edib

"Taliban" terror təşkilatı üzvlərinin Əfqanıstanın qərbindəki Fərah vilayətinin Gulistan rayonundakı hərbi məntəqəyə hücumu nəticəsində 8 əsgər həyatını itirib.

1196772
Taliban hərbi məntəqəyə hücum edib

Əfqanıstan Müdafiə Nazirliyinin terror aktına dair açıqlamasında bildirilib ki, terrorçular Gulistanın Tubu Çegab bölgəsindəki məntəqəyə hücum ediblər. Əsgərlərdən ölənlər olub. Fərah Rayon Şura rəsmisi Əbdül Səməd Salehi isə mətbuata verdiyi açıqlamada hücumda 8 əsgərin həyatını itirdiyini söyləyib. Hadisədən sonra bölgəyə əlavə hərbçi cəlb olunduğunu, terorristlərin bölgədən kənarlaşdırıldıqlarını bildirib.

 



Әlaqәli Xәbәrlәr