“ABŞ-nın irəli sürdüyü şərtləri qəbul etməyəcəyik”

ABŞ-nın yeni bir müqavilə  üçün irəli sürəcək heç bir şərtini qəbul etməyəcəyik. Bunu İran Parlamentinin sözçüsü Əli Laricani deyib.

1194166
“ABŞ-nın irəli sürdüyü şərtləri qəbul etməyəcəyik”

İran rəsmi agentliyi IRNA-nın xəbərinə görə, Laricani Müəllimlər Günü münasibəti “Rəzəvi Xorasan” əyalətində təşkil edilən tədbirdə etdiyi çıxışında  ABŞ-nın 2015-ci ildə təktərəfli olaraq nüvə razılaşmadan ayrıldıqdan sonra irəli sürdüyü şərtlərin qəbul edilməz olduğuna diqqət çəkib. O: “İranın bu tələbləri qəbul etməsini gözləmək səhv olar. Bütün zorakılıqlara qarşı müqavimətimiz davam edəcək. Xalqımız da ABŞ-ın təzyiqləri qarşısında mətin olmalıdır. Bizim səbirli olmamız ABŞ-nın istedadsız rəsmilərinə geri addım   atdıracaq. ABŞ, Səudiyyə Ərəbistanının həm pulunu qəsb edir həm də onları təhqir edir. Lakin İran xalqı belə bir şeyə icazə verməz. Sanksiyalar səbəbiylə çətin dövrdən keçirik. Bundan xilas olmanın yeganə yolu heç bir ölkədən asılı olmayacaq bir iqtisadi rejim yaratmaqdır”-deyə Laricani vurğulayıb.

 Xatırladaq ki, ABŞ Dövlət katibi Mike Pompeo, ölkəsi nüvə razılaşmadan çəkildikdən sonra İranla yeni bir razılaşma imzalaya biləcəklərini ancaq bunun üçün  irəli   sürdükləri  12 şərtin qəbul edilməsinin lazım gəldiyini irəli sürmüşdü. Bu şərtlər, İranın uran zənginləşdirmə fəaliyyətlərini dayandırması, ölkədəki bütün hərbi təsislərdə tədqiqat aparılmasına icazə verməsi ballistik raket proqramından imtina etməsi, bütün ABŞ vətəndaşlarını azadlığa buraxması, regional müdaxilələrə son qoyması, Suriyadakı qoşunlarını çıxarması və İsraili təhdid etməməsi olaraq bilinir.



Әlaqәli Xәbәrlәr