Ukraynalılara Rusiya vətəndaşlığı verilməsilə bağlı fərman imzalandı

Rusiya prezidenti Vladimir Putin müxtəlif Ukrayna vətəndaşlarına Rusiya vətəndaşlığı verməklə bağlı fərman imzaladı.

1193659
Ukraynalılara Rusiya vətəndaşlığı verilməsilə bağlı fərman imzalandı

  Rusiya prezidenti Vladimir Putin müxtəlif Ukrayna vətəndaşlarına Rusiya vətəndaşlığı verməklə bağlı fərman imzaladı.

  Kremldən verilən məlumata görə, “Eyni vaxtda başqa bir ölkənin vətəndaşı olmayan, vətənsiz, Krım və Sevastopolda doğulan, 18 mart 2014-cü ildən əvvəl bu bölgələrdən kənara çıxan Ukrayna vətəndaşları, onların doğma və ögey övladları, həyat yoldaşları və valideynləri bu haqqa sahib ola bilər”.

  Siyahıda həmçinin Sovet dövründə Rusiyada anadan olan Əfqanıstan, İraq, Yəmən və Suriya vətəndaşları da yer alır.

 Qeyd edək ki, ötən həftə Ukraynada seçkiləri qazanaraq ölkə prezidenti seçilən Vladimir Zelenski Rusiyada hökumətin siyasətindən “əziyyət çəkən” ruslara Ukrayna vətəndaşlığı sözünü vermişdi. Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiyaya qarşı yeni və daha təsirli bir sanksiya paketinin hazırlandığını bildirib.



Әlaqәli Xәbәrlәr