“ABŞ-ın bu siyasətləri digər millətləri də təhdid etməyə başlayacaq”, C.Zərif

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın mövcud rəhbərliyinin təktərəfli addımlarına etiraz edilməsi üçün çağırış edərək, bu siyasətlərin  digər millətləri də təhdid etməyə başlayacağını söyləyib.

1193399

Cavad Zərif bunu Qətərin paytaxtı Dohada keçirilən Asiya Əməkdaşlıq Dialoqu 16-cı Xarici İşlər Nazirləri yığıncağında deyib.

İran Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Zərif yığıncaqda etdiyi çıxışda ABŞ-ın siyasətlərini tənqid edərək bildirib ki, ABŞ-ın mövcud hökumətinin təktərəfli atdığı təhlükəli addımlar beynəlxalq miqyasda müzakirə olunmalıdır. Bir gücün iradəsinin başqa bir millət üzərində tətbiq edilməsi, gec ya tez digər millətləri də təhdid etməyə başlayacaqdır.

ABB prezidenti Donald Trampın son dövrdəki siyasətlərini tənqid edən Zərif “birgə hərəkət etməyə” çağırış edərək, bunları deyib: “Potensiyalımızı və gücümüzü çoxtərəfli  siyasətlərin zəmanət altına alınması üçün bölüşməsək, təktərəfli yeni ortaya çıxan düşməncənsinə olan siyasət dalğası bütün dünyada öz təsirini göstərə bilər. Belə olduqda qanuni hökumətlərin yerində qeyri-qanuni hökumətlər hakimiyyətdə olar ”.

Әlaqәli Xәbәrlәr