"ABŞ İranın  neft ixracının davam etdiyini görək"

İran Prezidenti Həsən Ruhani bugünkü çıxışı zamanı ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

1192494
"ABŞ İranın  neft ixracının davam etdiyini görək"

O qeyd edib ki, ABŞ yaxın zamanda başa düşəcək ki, İran neftinin ixracı sıfıra düşməyəcək:   "Məhsulu ixrac etmək məcburiyyətindəyik və ABŞ-ın qərarı budur ki, İran neftinin satışını sıfıra endirsin. Bu, çox səhv fikirdir. Biz buna heç zaman icazə verməyəcəyik. Amerika bu çirkin sanksiyaları vasitəsilə bizim gəlirlərimizi azaltmağı hədəfləyir. Neft bizim gəlirlərimizin əsas mənbəyidir. Biz həmişə neft və qaz hasilatından faydalanmışıq. Mümkündür ki, indi qapıları bizim üzümüzə bağlasınlar, amma biz neft hasilatımızı qüdrətlə davam etdirəcəyik".   Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrandan neftin və neft məhsullarının çatdırılmalarına qoyulmuş embarqonun müddətini uzadıb.  



Әlaqәli Xәbәrlәr