"Vaxtı gəldiyi zaman viza rejimi yenidən ləğv olunacaq", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə İraq arasındakı viza rejiminə dair açıqlama verib.

1191471
"Vaxtı gəldiyi zaman viza rejimi yenidən ləğv olunacaq", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə İraq arasındakı viza rejiminə dair açıqlama verib.

Viza rejimi tətbiqinin daimi bir qərar olmadığını bildirən Çavuşoğlu vaxtı gəldiyi zaman viza rejiminin yenidən ləğv olunacağını qeyd edib.

Nazir Çavuşoğlu rəsmi səfərdə olduğu İraqda Bəsra valisi Əsəd əl İdani ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında Türkiyənin təhlükəsizlik səbəbindən İraq vətəndaşlarına yenidən viza tətbiq etməyə başladığını xatırladıb.

Çavuşoğlu viza tətbiqi başlamadan əvvəl İraqdan Türkiyəyə gələn adam sayının 1 milyondan artıq olduğunu, 2018-ci ildən sonra da 1 milyondan çox iraqlının Türkiyəyə gəldiyini qeyd edib.

Türkiyənin Bəsrədə baş konsulluq açdıqdan sonra iraqlıların viza almaq üçün Bağdada getməsinə ehtiyac qalmayacağına işarə edən Çavuşoğlu viza rejimi tətbiqinin daimi bir qərar olmadığını, vaxtı gəldiyi zaman viza rejiminin yenidən ləğv olunacağını bildirib.



Әlaqәli Xәbәrlәr